Bakıda binanın zirzəmisində yanğın söndürülüb


20:11     22 Fevral 2021 21_02_22_1614008400.jpg

Bakı şəhərinin Yasamal rayonunda 20 Yanvar dairəsinə yaxın ərazidə yerləşən binanın zirzəmisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Femida.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi, polkovnik Rəşad Nəsirov APA-ya bildirib ki, hadisə nəticəsində 6 mərtəbəli binanın zirzəmisində 100 kv. metr ərazidə tikinti materialları yanıb.

Açar sözlər:

Oxunub: 402