XİN başçısı: “10 noyabr bəyanatı Ermənistan və Azərbaycan üzərinə bütün hərbi fəaliyyətləri dayandırmaq öhdəliyi qoyur”


20:22     22 Fevral 2021 21_02_22_1614008886.jpg

“Azərbaycan münaqişə bölgəsində yaşayan erməni əsilli vətəndaşlarını öz siyasi, sosial və iqtisadi mühitinə yenidən inteqrasiya etməyə və onlara Azərbaycanın etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşları ilə eyni hüquq və azadlıqları təmin etməyə qərarlıdır”.

Xarici İşlər Nazirliyindən (XİN) Femida.az- a verilən xəbərə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 46-cı sessiyasının Yüksək Səviyyəli Seqmentində çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası bununla bağlı etibarlı hüquqi çərçivəni təmin edir: “Sülhün bərqərar olması, bərpa və yenidənqurma işləri, ehtiyacı olanlara humanitar yardımın göstərilməsi, o cümlədən məcburi köçkün və qaçqınların qayıtması əsas prioritet olmalıdır. Bu məqsədlə Azərbaycan BMT-nin humanitar yardım üzrə 1991-ci ildə qəbul edilmiş prinsiplərinə tam uyğun olaraq müvafiq beynəlxalq tərəfdaşlarla, o cümlədən BQXK, BMT QAK və digər BMT qurumları ilə, habelə regionda sülh və stabilliyə töhfə vermək istəyən fərdi dövlətlərlə işləməyə hazırdır. Bu yanaşma beynəlxalq hüquqa, eləcə də BMT-nin humanitar yardım, münaqişə sonrası bərpa və yenidənqurma sahəsində işlərini tənzimləyən qətnamə və sənədlərinə əsaslanır və münaqişənin yaralarını sağaltmağa yönəlmış etimad quruculuğu tədbirləri kimi çıxış edəcək. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat Ermənistan və Azərbaycan üzərinə bütün hərbi fəaliyyətləri dayandırmaq və onilliklərlə davam edən münaqişənin aradan qaldırılması üçün tədbirlər görməklə bağlı öhdəlik qoyur. Azərbaycan bu sənədin tam əməli icrasına və Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması əsasında bu qanlı münaqişənin yaralarının sağaldılmasına böyük əhəmiyyət verir. İnanırıq ki, BMT başda olmaqla beynəlxalq ictimaiyyət bölgədə xoş qonşuluq münaibətlərinin bərpasına yönəlmiş Üçtərəfli Bəyanatın həyata keçirilməsinin dəstəklənməsində mühüm rol oynaya bilər”.

Açar sözlər:

Oxunub: 506