Yevlaxda yanğın olub, xəsarət alan var


09:33     23 Fevral 2021 yanginn2.jpg

Yevlaxda xəsarətlə nəticələnən yanğın hadisəsi baş verib.

Femida.az -ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, hadisə Bəydili kəndində qeydə alınıb.

Kənddə ümumi sahəsi 40 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Açar sözlər:

Oxunub: 459