Saatlıda fəhlənin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
10:33 23 Fevral 2021

Fevralın 22-də saat 14 radələrində Saatlı rayonu Varxankənd kənd ərazisində fəhlənin təmir-tikinti işləri apararkən aldığı xəsarətlər nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Saatlı rayon Prokurorluğundan Femida.az-A verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, fəhlə işləyən, 1986-cı il təvəllüdlü Rəmzi Məmiyev rayonun Varxankənd kənd ərazisində yerləşən quşçuluq müəssisəsinin binasının dam örtüyünü yeniliyərkən həmin binanın dam hissəsindən yerə aşması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Oxunub: 229
Oxşar xəbərlər
- Saatlıda vəzifəli şəxs rüşvətə görə tutuldu
- Saatlıda toy edən şəxslər cərimələndi
- Saatlıda şəhid hərbçi dəfn edilib
- Saatlıda daş hasar aşdı, qaz xətti zədələndi
- Saatlıda koronavirus xəstəsinə cinayət işi açılıb
- Saatlıda ev yanıb
- Saatlıda polis toyu yarımçıq dayandırdı
- Saatlıda mənzildən 4800 manat pul oğurlanıb
- Saatlıda qatar avtomobili vurub, xəsarət alanlar var
- Saatlıda karantin qaydalarını pozan şəxslər cərimələndi