Hava şəraitinin pisləşməsi ilə əlaqədar ASCO gəmilərinə xəbərdarlıq göndərilib
12:11 23 Fevral 2021

Azərbaycan ərazisində həvə şəraitinin pisləşməsi ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmilərinə xəbərdarlıq göndərilib.
ASCO-dan Femida.az-a verilən məlumata görə, fevralın 23-ü günün ikinci yarısından 24-ü axşam saatlarına qədər Xəzər dəniz akvatoriyasında gözlənilən hava şəraiti ilə əlaqədar ASCO gəmilərinə xəbərdarlıq göndərilib.
Küləkli hava şəraiti ilə əlaqədar bütün gəmilərin nəzərinə çatdırılıb ki, gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin olunsun.
Bundan başqa, gəmilərin nəzərinə çatdırılıb ki, səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar və fırtına gözlənilən tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitanları mütləq gəmidə olsunlar və gəmilərin təhlükəsiz dayanmalarını təmin etsinlər.
Oxunub: 217
Oxşar xəbərlər
- Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
- Hava XƏBƏRDARLIĞI - Qar yağacaq, yollar buz bağlayacaq
- Hava dəyişir: qar yağacaq, 10 dərəcə ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ
- Hava limanı yolunda qəza tıxaca səbəb oldu
- Havadan endirilən zərbələr nəticəsində düşmən ağır itkilər verib
- Havanın temperaturu 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
- Hava limanı - 28 May marşrut xətti üzrə avtobusların hərəkət cədvəli dəyişib
- Hava şəraiti ilə bağlı işəgötürənlərə xəbərdarlıq edildi
- Hava daşımalarına dair yeni prosedur müəyyənləşib
- Hava Hücumundan Müdafiə bölmələri döyüş atışları icra edib - VİDEO