Azərbaycanda orta aylıq əmək haqqı 710 manatdır
13:02 23 Fevral 2021

“Pensiya kapitalının çox olması ilə bağlı səsləndirilən fikirlərlə razı deyiləm. Bu gün ölkədə orta aylıq əmək haqqının məbləği təxminən 710 manatdır. Minimum pensiya məbləği isə 200 təşkil edir”.
Femida.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya Siyasəti və Fərdi Uçota Nəzarət Şöbəsinin müdiri Elnur Abbasov Yeni TV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, təxminən 5-10 il sonra insanların pensiya sisteminə daxil olma şərtləri asanlaşacaq və yüksək məbləğdə pensiya almaq şansı yaranacaq.
Nazirlik rəsmisi bildirib ki, yaşa görə pensiya və sosial müavinətlə bağlı müəyyən qarışıqlıq yaranır: “Pensiya qazanılmış uğurdur. Bir şəxsin itirilmiş əməkhaqqı varsa, pensiya onun bərpası deməkdir. Qazanılmış pensiya məsələsi yoxdursa, yaş həddinə çatdıqda ona sosial müavinət təyin olunur”.
Femida.az
Oxunub: 250
Oxşar xəbərlər
- Azərbaycanda martın sonu karantin yenidən sərtləşdiriləcək? - AÇIQLAMA
- Azərbaycanda dəhşətli qəza: 30 maşın toqquşdu
- Azərbaycanda son sutkada 72 nəfər yoluxub, 4 nəfər vəfat edib
- Azərbaycanda jurnalistlərə vahid vəsiqə verilə bilər
- Azərbaycanda tanınmış məşqçinin oğlu özünü asdı
- Azərbaycanda 9 qadın prokuror vəzifəsində irəli çəkilib
- Azərbaycanda daha 145 yeni yoluxma faktı qeydə alınıb
- Azərbaycanda hansı cinayətlər artıb?
- Azərbaycanda benzin istehsalı azalıb
- Azərbaycanda partiya funksioneri vəfat edib