Avtomobillərdə pərdə, jalüz və plyonka çəkilməsi qaydasını Nazirlər Kabineti müəyyənləşdirəcək
13:51 23 Fevral 2021

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Yol hərəkəti haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Femida.az-ın xəbərinə görə, dəyişikliklə sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydası Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.
Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda avtobusun pəncərələrindən pərdə asmağa, eləcə də minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilib. Avtomobillərdə pərdə, jalüz və plyonka çəkilməsi qaydası Nazirlər Kabineti tərəfindən müəyyən edildikdən sonra qanunun bu müddəası qüvvədən düşəcək
Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Femida.az
Oxunub: 241
Oxşar xəbərlər
- Azərbaycanda 278 yeni yoluxma qeydə alınıb
- Bakıda yolu keçən gənci avtomobil vurdu
- Azərbaycanın avtomobil yollarında son vəziyyət
- Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq
- Azərbaycanda son sutkada 126 nəfər COVID-19-a yoluxub
- Ermənistanda bir gündə 300-ə yaxın yoluxma faktı qeydə alınıb
- BŞİH: Paytaxtın yolları səhərə kimi qardan təmizlənib
- DYP: Bakının bəzi yollarında buzlaşma var
- Bakıda yol qəzasında iki nəfər xəsarət aldı
- Azərbaycanın avtomobil yollarındakı SON VƏZİYYƏT