Uşaq evində böyüyən şəhid dəfn edildi


15:44     23 Fevral 2021 21_02_23_1614084322.jpg


Sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı itkin düşən və dünən şəhid olduğu məlum olan Əmrah Rajapov Gəncə şəhər Şəhidlər xiyabanında dəfn edilib.


Gəncə şəhərində uşaq evində böyüyən şəhid hərbçi şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələrinin iştirakı ilə torpağa tapşırılıb.

Qeyd edək ki, Gəncə şəhər sakini, 2000-ci il təvəllüdlü Əmrah Rajapov Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib və aylardır onun taleyindən heç bir xəbər yox idi. Ötən gün aparılan araşdırmalar nəticəsində onun şəhid olduğu müəyyənləşib.

Ə.Rajapov atasını kiçik yaşlarında itirib və anası onu uşaq evinə qoyub.

Allah rəhmət eləsin! / Report

Femida.az

Açar sözlər:

Oxunub: 820