Yardımlıda gənc meşədə intihar edib


09:08     24 Fevral 2021 21_02_24_1614110990.jpg

Yardımlıda intihar hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Urakəran kənd sakini, 1994-cü il təvəllüdlü Fərid Rafiq oğlu Quliyev evinin bir neçə metr yaxınlığındakı meşədə özünü asaraq canına qəsd edib.

Qeyd edək ki, mərhum Vətən müharibəsinin iştirakçısı idi və yenicə ailə həyatı qurmuşdu.

Hadisənin başvermə səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 617