Gecə və səhər yollar buz bağlayacaq - PROQNOZ
13:49 24 Fevral 2021
Fevralın 25-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Femida.az-a verilən məlumata görə, fevralın 25-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 9, səhər 4 dərəcəyədək şaxta olacaq, gündüz 0 dərəcəyə yaxınlaşacaq. Atmosfer təzyiqi normadan yüksək 779 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edecək. Gecə və səhər yolların buz bağlayacağı ehtimalı var.
Fevralın 25-də Azərbaycanın rayonlarında arabir qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 10-15, gündüz 0-5 dərəcə şaxta olacaq. Gecə və səhər yollar buz bağlayacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, fevralın 25-də Abşeron yarımadasında soyuq temperatur diskomfortu gözlənilməsinə baxmayaraq meteoroloji amillərin zəif tərəddüdü və havanın oksigenlə zəngin olması meteohəssas insanlar üçün müsbət amildir.
Femida.az
Oxunub: 478
Oxşar xəbərlər
- Gecə klubunun icarədarı 4000 manat cərimələnib
- Gecəyarı kafeyə gedənlər cərimələndi
- Gecə saatlarından yağan yağış Gəncədə fəsad törədib
- Gecə Kəlbəcərdən çıxan sonuncu ermənilər (VİDEO)
- Gecə düşmənin məhv edilən hərbi texnikası - SİYAHI
- Gecə ərzində düşmənə atəş zərbələri endirilib - VİDEO
- Gecə ərzində gərgin döyüşlər davam edib
- Gecə bütün cəbhə boyu gərgin döyüşlər Azərbaycan Ordusunun üstünlüyü ilə davam edib - VİDEO
- Gecə ərzində düşmənə sarsıdıcı zərbələr endirilib
- Gecə ərzində düşmənə artilleriya zərbələri endirilib