Azərbaycan Avrasiyanın əsas qaz hasilatçısına çevriləcək


18:17     24 Fevral 2021 qaz%20boru%20(1).jpg

Azərbaycan Avrasiya regionunda üçüncu ən iri qaz istehsalçısına çevriləcək.

Femida.az-ın məlumatına görə, bu barədə Qaz İxrac edən Ölkələr Forumunun (GECF) 2050-ci ilədək qaz bazarı üzrə proqnozunda ("Global Gas Outlook 2050") qeyd olunur.

"2050-ci il üçün qaz hasilatı təxminən 40 mlrd. kubmetrə çatacəq Azərbaycan regionun üçüncü ən iri qaz istehsalçısına çevriləcək", hesabatda qeyd edilir. Proqnoza əsasən, artım Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" və "Abşeron" qaz-kondensat yataqlarının hesabına təmin ediləcək.

Bununla yanaşı, hesabatda qed olunur ki, 2050-ci il üçün reqionda qaz istehsalı 40% artaraq 1,3 trln. kubmetrdən bir gədər az olacaq. Artım reqionun qaz istehsalı üzrə iki liderləri olan Rusiya (78%) və Türkmənistanın (18%) hesabına əldə olunacaq.

Açar sözlər:

Oxunub: 540