Cəlilabad rayonunda 4 otaqlı ev yanıb


09:42     26 Fevral 2021 fhn-yangin.jpg

Cəlilabad rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, rayonun Babalı kəndində ümumi sahəsi 153 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin 3 otağının və dam örtüyünün yanar konstruksiyaları 105 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 407