Prezidentdən Qarabağa qayıdışla bağlı mühüm açıqlama


12:41     26 Fevral 2021 2020/07/president1_1593709470.jpeg

“Mən də özüm-özümə hər gün eyni sualı verirəm. Çünki, mən istəyirəm ki, qısa müddət ərzində, nə qədər mümkünsə qısa müddət ərzində biz buna nail olaq. Amma bunun üçün kompleks tədbirlər görülməlidir. İndi minalardan təmizləmə prosesi başa çatdıqdan sonra, artıq bununla paralel olaraq biz bu işləri başlayırıq”.

Femida.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı sualı cavablandırarkən deyib.

“Bu yaxınlarda "ağıllı kənd" layihəsinin artıq gerçəkləşdirilməsinə başlanılıb. Zəngilanın 3 kəndində bu layihə həyata keçiriləcək. Mən təlimat vermişdim ki, layihə ilin sonuna kimi başa çatsın. Yəni, orada təxminən 1000-ə yaxın insan yerləşdiriləcək. Bütün lazımi infrastruktur inşa ediləcək. Belə pilot layihələr çox ola bilər və bunun üzərində işlənilir.
O ki, qaldı böyük şəhərlərə qayıdışa gəlincə, şəhərlərin baş planları tərtib edilməlidir.

Məsələn, Ağdam şəhəri. Müharibədən əvvəl orada 40 minə yaxın insan yaşayırdı və təbii ki, əhalinin sayı artıb. Biz bəlkə də 70 minlik şəhər planlaşdırmalıyıq, infrastruktur, ondan sonra binalar tikilməli, məktəblər, xəstəxanalar, yəni bu böyük vaxt tələb edir. Vəsait də var, bütün gücləri də səfərbər etmişik.

Zaman öz haqqını diktə edir. Hansısa tarix vermək istəməzdirm. Halbuki fikrimdə tarix var, amma vaxtından əvvəl insanları sevindirməyim, həm də bəzilərini hətta həyəcanlandırmayım. Amma inanın ki, maksimum qısa müddət ərzində mərhələli yollarla biz insanlarımızı o bölgələrə qaytaracağıq. Eyni zamanda bütün azad edilmiş ərazilərdə ilk növbədə bərpa edilən kəndlərin siyahısı tutulur, bu məsələ üzərində biz fəal çalışırıq”,- deyə dövlət başçısı bildirib.

Açar sözlər:

Oxunub: 462