Əfv Komissiyasında 350-dən çox müraciətə baxılıb


16:03     26 Fevral 2021 21_02_26_1614345826.jpg


Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının keçirilən ötən iclaslarında baxılan müraciətlərin kateqoriyaları açıqlanıb.


Femida.az-ın xəbərinə görə, komissiyanın indiyədək keçirilən iclaslarında əsasən yol-nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə baxılıb.

Qeyd edək ki, komissiyanın növbəti toplantısının fevralın 27-də keçirilməsi nəzərdə tutulur. Son günlər komissiya üç iclas keçirib və daxil olan müraciətlərdən 350-dən çoxuna baxılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 819