Koronavirusun Uhanda başqa bir bazarda ortaya çıxdığı ehtimal olunur
18:56 26 Fevral 2021

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 virusunun Uhan şəhərində daha bir ərzaq bazarında ortaya çıxmasına dair mülahizəni yoxlayır.
“Report” WSJ-yə istinadən xəbər verir ki, Çin rəsmilərinin ötən il bildirdiklərinə görə, 2019-cu ilin 8 dekabrında ilk dəfə koronavirusa yoluxduğu təsdiqlənmiş və bununla bağlı “sıfırıncı xəstə” (patient zero) deyilən Çen adlı şəhər sakini koronavirus mənbəyi kimi adı hallanan “Huanan” dəniz məhsulları bazarında olmayıb.
Belə ki, adıçəkilən şəxs bu yaxınlarda Uhana baş çəkmiş ÜST ekspertlərinə valideynlərinin başqa ərzaq bazarında olduqlarını bildirib.
Bunu əsas götürən ekspertlər koronavirusun şəhərdə ilkin mülahizəyə nisbətən daha əvvəl heyvandan insana keçməsi və yayılmağa başlaması ehtimalını araşdırmağa başlayıb.
Belə ki, Çenin valideynlərinin koronavirus testləri mənfi nəticə versə də, həmin testlərin məhz nə vaxt verilməsi, anticimlərlə bağlı yoxlamanın aparılıb-aparılmaması bəlli deyil.
Hazırda ÜST ekspertləri ikinci bazarın hara olduğunu, 2019-cu ilin dekabr ayında aşkarlanmış başqa yoluxma halları ilə əlaqəsi olub-olmamasını aşkarlamağı nəzərdə tuturlar. Artıq ÜST və Çin ekspertləri həmin dekabr ayında qeydə alınmış 174 yoluxma halından bir qisminin şəhərdəki başqa ticarət məkanları ilə bağlı olduğunu təyin etsələr də, həmin yerlərin adları hələ də açıqlanmır.
Oxunub: 331
Oxşar xəbərlər
- Koronavirusun daha bir təhlükəli növü aşkarlandı
- Koronavirusun ilk əlaməti qızdırma deyil - Buna diqqət!
- Koronavirusun kişilər üçün təhlükəli fəsadı AÇIQLANIB
- Koronavirusun ocağı olan Uhanda məktəblər açıldı
- Koronavirusun müalicəsində bu dərmanlar istifadə edilir
- Koronavirusun yox olacağı tarix açıqlandı
- Koronavirusun aktivləşdiyi temperatur müəyyənləşib
- Koronavirusun 15 əsas simptomu - Bütün ölkələrin həkimləri təsdiq edib
- Koronavirusun əlaməti olan şəxslər həkimlərə qarşı zor tətbiq edir - RƏSMİ
- Koronavirusun laborator diaqnostikası üçün xüsusi dövlət tibb müəssisələri müəyyənləşdirilib