Zaqatalada 56 yaşlı kişini avtomobil vurdu


09:21     27 Fevral 2021 piyada4.jpg

Zaqatala rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə rayonun mərkəzində qeydə alınıb.

Belə ki, 1965-ci il təvəllüdlü İsayev Zeynal Muhamma oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ baldır sümüklərinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırm aparılır.

Açar sözlər:

Oxunub: 427