Bakıda yolu keçən gənci avtomobil vurdu


09:33     27 Fevral 2021 21_02_26_1614368992.jpg

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Zülfəliyev Zaur Rafiq oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona qapalı kəllə-beyin travması, təpə və qaşüstü nahiyəsinin çapılmış yarası diaqnozu qoyulub.

Açar sözlər:

Oxunub: 440