Ağstafada kafenin icarədarı və müştəriləri həbs edildi


10:13     27 Fevral 2021 21_02_27_1614405674.jpg

Ağstafada karantin rejimini pozan kafe aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı gecə saatlarında gizli şəkildə fəaliyyət göstərən kafe aşkar edilib.

Obyekti icarə əsasında işlədən - Famil Yolçuyev və müştərilər - Nuranə Abduyeva, Etibar Atakişiyev, İlkin Yolçuzadə, Xanbaba Dünyəmov və Şərafət Məmmədova saxlanılaraq RPŞ-yə gətirilib.

Onların barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə N.Abduyeva 300 manat miqdarında cərimə edilib, E.Atakişiyev 15, F.Yolçuyev 20, İ.Yolçuzadə 7, X.Dünyəmov 15, Ş.Məmmədova isə 5 sutka müddətində inzibati qaydada həbs edilib.

Açar sözlər:

Oxunub: 489