Sumqayıt Apelyasiya Məhkəməsinin cinayət işi üzrə 19 qərarı ləğv edilib


10:33     27 Fevral 2021 21_02_27_1614406105.jpg

2020-ci ildə Ali Məhkəmənin Cinayət Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsindən daxil olan işlər üzrə 133 nəfər barəsində qərar çıxarılıb.

Femida.az -ın xəbərinə görə, bu barədə Ali Məhkəmənin Cinayət Kollegiyasının 2020-ci il üzrə fəaliyyətinə dair hesabatda məlumat verilib.

Onlardan 93 (69,9%) nəfər barəsində qərarlar dəyişdirilmədən saxlanılıb, 19 (14,2%) nəfər barəsində qərarlar ləğv olunub, 17 (12,8%) nəfər barəsində işlər yeni apellyasiya baxışına qaytarılıb. 2 (1,5%) nəfər barəsində iş üzrə icraata xitam verilib, 5 (3,8%) nəfər barəsində qərarlar dəyişdirilib. 14 (10,5%) nəfər barəsində iş üzrə kassasiya müraciətləri geri qaytarılmış və baxışdan çıxarılıb. 2 (1,5%) nəfər barəsində iş üzrə prosessual müddətin bərpasına dair vəsatətlər təmin edilməyib.

Açar sözlər:

Oxunub: 536