Bakıda anasını öldürmək istəyən şəxs yenidən məhkəmə qarşısında


10:52     27 Fevral 2021 21_02_27_1614406350.jpg

Bakıda anasını öldürməyə cəhddə ittiham olunan Sənan Şahkərimov yenidən məhkəməyə müraciət edib.

Femida.az -ın xəbərinə görə, o, cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmasını istəyir.

6 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkən S.Şahkərimovun təqdimatı Nizami Rayon Məhkəməsinə daxil olub. Lakin məhkəmə təqdimatı təmin etməyib. Qərardan narazı qalan məhkum Bakı Apelyasiya Məhkəməsinə müraciət edib.

Hazırda məhkəmədə onun müraciətinə baxılır. Məhkəmənin növbəti iclası martın 10-na təyin edilib.

İttihama görə, S.Şahkərimov anası K.Zalovanı qısqanclıq zəminində bıçaqlayaraq öldürmək istəyib. Belə ki, o, yaşadıqları binanın yanında anasının evə qayıtmasını gözləyib. S.Şahkərimov anasının binanın dəhlizində görən kimi ona yaxınlaşaraq, bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib. Zərbələr K.Zalovanın boyun, çiyin, burun, döş qəfəsi, qarın boşluğu, bel və digər nahiyələrinə dəyib. O, anasının qışqırdığını gördükədən sonra bıçağı yerə atıb və oradan qaçıb.

S.Şahkərimov Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Sumqayıt Apelyasiya Məhkəməsi onun barəsindəki hökmü qüvvədə saxlayıb, apelyasiya şikayətini təmin etməyib.

Açar sözlər:

Oxunub: 561