Ağsu sakinindən odlu silah götürülüb


12:22     27 Fevral 2021 21_02_27_1614411847.jpg

Ağsu sakinindən odlu silah götürülüb.

Bu barədə Femida.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib. Verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində rayonun Ərəbmehtibəy kənd sakini İlyas Mikayılovdan müvafiq sənədləri olmayan, qanunsuz olaraq saxladığı “BUM” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.

Həmin şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

Açar sözlər:

Oxunub: 445