Azərbaycanın dövlət bankları kredit qoyuluşunda payı azalıb
16:29 27 Fevral 2021
Bu il fevralın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 14 587,2 milyon manat təşkil edib.
Femida.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, yanvarın 1 ilə müqayisədə 0,4 % çox, ötən ilin eyni dövrü ilə müqayisədə 6% azdır.
Kredit qoyuluşunun 11 424,4 milyon manatı və yaxud 78,3%-i özəl bankların payına düşüb. Bu, illik müqayisədə 9,2% azdır.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 2 789,4 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 10,1% çoxdur. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 16,3 %-dən 19,1%-ə qalxıb.
Yanvarın sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredi qoyuluşu isə 373,4 milyon manat olub. Bu isə illik müqayisədə 6% azdır. İl ərzində BOKT-ların kredit qoyuluşundakı xüsusi çəkisi isə 2,6%-də qalıb.
Oxunub: 538
Oxşar xəbərlər
- Azərbaycanın Şimal-Qərb bölgəsində qaz olmayacaq
- Azərbaycanın 3 rayonunda qaz kəsiləcək
- Azərbaycanın ABŞ-dakı səfiri Prezident Cozef Baydenlə görüşüb
- Azərbaycanın NATO-dakı nümayəndəsi geri çağırılıb
- Azərbaycanın Baş prokurorunun İtaliyaya işgüzar səfəri başlayıb
- Azərbaycanın Ukraynadakı səfirliyi Kiyevdə fəaliyyətini bərpa edib
- Azərbaycanın daha 2 güləşçisinin medal görüşlərindəki rəqibləri bəlli olub
- Azərbaycanın mebel istehsalçıları yeni xammal bazarı axtarır
- Azərbaycanın Əməkdar həkimi vəfat edib
- Azərbaycanın sərbəst güləş yığması Avropa çempionu olub