Daha bir qazinin yüksək texnologiyalı protezlə təmin edilməsi üçün müayinəsi aparılıb
17:53 27 Fevral 2021
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Vətən Müharibəsinin qazisi İntiqam Əkbərovun da yüksək texnologiyalı protezlə təmin edilməsi işlərinə başlanıb. Qazimiz Zəngilan istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq sol ayağını və sağ qolunu itirib.
Nazirlikdən Femida.az-a bildirilib ki, o, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə dəvət edilib. Burada müayinəsi aparılıb, müvafiq ölçülər götürülərək təlimatlar verilib.
Protezləşməyə hazırlıq mərhələsi bitdikdən sonra o, yüksək texnologiyalı protezlə təmin olunacaq.
İ.Əkbərov Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxs kimi bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulmuş sosial təminat hüquqlarından, güzəşt və imtiyazlardan da yararlana biləcək.
Femida.az
Oxunub: 552
Oxşar xəbərlər
- Şəhid və qazi övladlarına psixoloji dəstəklə bağlı tədbir keçirilib
- Kameranı bağlayıb, qazini döydülər, amma...
- Bakıda dilənçilik edən saxta qazi saxlanılıb
- Narazı qazilərin şikayətlərinə münasibət bildirilib
- Qaziyə qarşı dələduzluq edən kanal rəhbəri hakim qarşısına çıxarılır
- Daha 4 qazi müalicə üçün Türkiyəyə göndərilib
- Xərçəngdən əziyyət çəkən Vətən müharibəsi qazisi vəfat edib
- İndiyədək qazi və şəhid ailələrinin 5,6 milyon manatlıq borcları ödənilib
- Daha 325 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib, 31 nəfəri qazi və şəhid ailəsi üzvüdür
- Vətən müharibəsi qazisinə qarşı dələduzluq edən kanal rəhbəri həbs olunub