İlham Əliyev status məsələsinə birdəfəlik aydınlıq gətirdi - VİDEO
18:13 27 Fevral 2021

“Status məsələsi haqda mən artıq demişəm. Bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi başa çatıb”
Femida.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.
Dövlət başçısı bildirib: "O ki qaldı, statusa, mən öz çıxışlarımda statusun ünvanını göstərdim. Bir daha o məsələyə qayıtmaq istəmirəm. Status haradadır, onu hər kəs bilir. Hesab edirəm ki, Ermənistan və erməni xalqı üçün bu məsələ nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar. Çünki Ermənistana və erməni xalqına yanlış vədlər vermək lazım deyil. Onları bu günə salan səbəblərdən biri də məhz o idi. Xülya idi, iddia idi, əsassız istəklər idi. Bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri də erməni xalqının bu rəzil duruma salınmasında öz rolunu oynadılar. Ona görə status məsələsi, ümumiyyətlə, gündəlikdən çıxmalıdır".
Femida.az
Oxunub: 366
Oxşar xəbərlər
- İlham Əliyev Rusiyanın Baş prokurorunu qəbul edib - YENİLƏNİB
- İlham Əliyev Volkan Bozkırı qəbul edib
- İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
- İlham Əliyev Azərbaycanın pandemiya ilə mübarizəsindən danışdı
- İlham Əliyev bu qurumları sərt tənqid etdi: "Vicdansızcasına istifadə edirdilər..."
- İlham Əliyev bu şəxsə tapşırıqlar verdi
- İlham Əliyev Selçuk Bayraktarı qəbul etdi - FOTOLAR
- İlham Əliyev Rusiya Hökuməti sədrinin müavinini qəbul edib
- İlham Əliyev akademiki təltif etdi
- İlham Əliyev BƏƏ Prezidentinə və Vitse-prezidentinə başsağlığı verib