Ermənistan prezidenti Paşinyanın qərarını rədd etdi


18:59     27 Fevral 2021 21_02_27_1614440379.jpg


Ermənistan prezidenti Armen Sarqsyan Onik Qasparyanın baş qərargah rəisi vəzifəsindən azad edilməsinə dair sərəncam layihəsini geri qaytarıb.

Femida.az-ın məlumatına görə, layihənin ölkə konstitusiyasına zidd olduğu açıqlanıb. Bu addım hökumət rəsmiləri, parlament və qeyri-parlament qüvvələri, silahlı qüvvələrin ali komandir heyəti ilə, aparıcı hüquqşünas və müstəqil ekspertlərlə müzakirə edildikdən sonra atılıb.

O da bildirilib ki, silahlı qüvvələr siyasi məsələlərdə neytrallığını qorumalıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 437