Paşinyan baş qərargah rəisinin istefası barədə yenidən təklif göndərəcək
19:43 27 Fevral 2021

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin vəzifəsindən çıxarılması haqqında təklifi növbəti dəfə ölkə prezidenti Armen Sarqsyana göndərəcək.
Femida.az xəbər verir ki, bu barədə o, özünün feysbuk səhifəsində yazıb.
"Prezident baş nazir aparatına Baş qərargah rəisinin vəzifəsindən çıxarılması haqqında təklifi geri göndərmək barədə qərar qəbul etdi. Bu addım yaranmış vəziyyətin həllinə imkan yaratmır. Mən sənədin lazımi qaydada imzalanacağını gözləməklə yenidən Baş Qərargah rəisinin vəzifəsindən çıxarılması haqqında təklifi prezidentə göndərirəm", - o qeyd edib.
Xatırladaq ki, daha əvvəl Ermənistan prezidenti Armen Sarqsyan Onik Qasparyanın baş qərargah rəisi vəzifəsindən azad edilməsinə dair sərəncam layihəsini geri qaytarıb. Layihənin ölkə konstitusiyasına zidd olduğu açıqlanıb. Bu addım hökumət rəsmiləri, parlament və qeyri-parlament qüvvələri, silahlı qüvvələrin ali komandir heyəti ilə, aparıcı hüquqşünas və müstəqil ekspertlərlə müzakirə edildikdən sonra atılıb.
Femida.az
Oxunub: 345
Oxşar xəbərlər
- Paşinyanın Rusiyaya səfəri başlayıb
- Paşinyan apreldə istefa verəcək
- Paşinyan Azərbaycanla kommuniksiyaların açılmasından danışdı
- Paşinyan və Sarkisyan növbədənkənar seçkiləri müzakirə ediblər
- Paşinyan Silahlı Qüvvələrin rəhbər heyəti ilə müşavirə keçirib
- Paşinyan tərəfdarlarının qarşısına çıxdı: "Çevriliş cəhdinin qarşısı alınıb"
- Paşinyanın açıqlamasını "qeyri-ciddi" hesab edən erməni general vəzifədən qovulub
- Paşinyanın həyat yoldaşı bu dəfə Amerikaya gedib
- Paşinyan Şuşanın Azərbaycan şəhəri olduğunu etiraf edib
- Paşinyanın 20 Yanvarla bağlı məqaləsi yenidən gündəmə gəldi