Paşinyan baş qərargah rəisinin istefası barədə yenidən təklif göndərəcək
19:43 27 Fevral 2021
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin vəzifəsindən çıxarılması haqqında təklifi növbəti dəfə ölkə prezidenti Armen Sarqsyana göndərəcək.
Femida.az xəbər verir ki, bu barədə o, özünün feysbuk səhifəsində yazıb.
"Prezident baş nazir aparatına Baş qərargah rəisinin vəzifəsindən çıxarılması haqqında təklifi geri göndərmək barədə qərar qəbul etdi. Bu addım yaranmış vəziyyətin həllinə imkan yaratmır. Mən sənədin lazımi qaydada imzalanacağını gözləməklə yenidən Baş Qərargah rəisinin vəzifəsindən çıxarılması haqqında təklifi prezidentə göndərirəm", - o qeyd edib.
Xatırladaq ki, daha əvvəl Ermənistan prezidenti Armen Sarqsyan Onik Qasparyanın baş qərargah rəisi vəzifəsindən azad edilməsinə dair sərəncam layihəsini geri qaytarıb. Layihənin ölkə konstitusiyasına zidd olduğu açıqlanıb. Bu addım hökumət rəsmiləri, parlament və qeyri-parlament qüvvələri, silahlı qüvvələrin ali komandir heyəti ilə, aparıcı hüquqşünas və müstəqil ekspertlərlə müzakirə edildikdən sonra atılıb.
Femida.az
Oxunub: 543
Oxşar xəbərlər
- Paşinyanın avtomobil karvanının cinayət törədən sürücüsü cəzasız qalıb
- Paşinyan Aİ-nin nümayəndəsi ilə Azərbaycanla sərhəddəki vəziyyəti müzakirə edib
- Paşinyan Putinə kələk gələ bilmədi - Moskva daha ermənilərin göz yaşına inanmır
- Paşinyan Rusiyaya gedib
- Paşinyan Ermənistanın İrandakı keçmiş səfirini özünə müşavir təyin edib
- Paşinyan Rusiya MN-ın demarkasiya təklifləri ilə razılaşır
- Paşinyanın məğlub imici Ermənistanı alçaldır
- Paşinyan oktyabrın 12-də Putinlə görüşəcək
- Paşinyanın "sağ əli" fərari çıxdı
- Paşinyan yenə biabır oldu - Video