Xocalı faciəsi ilə bağlı beynəlxalq simpozium keçirilib


19:56     27 Fevral 2021 21_02_27_1614441391.jpg


Diasporla İş üzrə Dövlət Komitəsinin və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin birgə təşkilatçılığı ilə “Xocalı faciəsinə hüquqi baxış: BMT-nin Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya” mövzusunda Beynəlxalq Onlayn Simpozium keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Femida.az-a verilən məlumata görə, Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş simpoziumda Azərbaycanla yanaşı, Türkiyə, ABŞ, İsveç, Qazaxıstandan olan alimlər, dünyanın müxtəlif ölkələrindən 100-ə yaxın diaspor nümayəndəsi, fəal gənc dinləyici qoşulub.

Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi ilə başlayan tədbiri açıq elan edən Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev Komitə rəhbərliyinin salamlarını iştirakçılara çatdırıb, simpoziumun keçirilməsinin əhəmiyyəti, milli və bəşəri mahiyyəti barədə ətraflı çıxış edib.

Sonra Simpozium öz işini Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Əmir Əliyevin moderatorluğu ilə davam etdirib.

Daha sonra professor Əmir Əliyevin “Xocalı soyqırımı beynəlxalq hüquq müstəvidə”, Türkiyənin İstanbul Universitetinin Hüquq fakültəsinin Hüquq tarixi kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Fethi Gediklinin “Xocalı soyqırımına hüquqi yanaşmanın əhəmiyyəti”, İsveçin Malmö Universitetinin Qlobal Siyasi Tədqiqatlar İnstitutunun tədqiqatçısı, hüquq elmləri doktoru, professor Kamal Əliyevin “Xocalı soyqırımı - beynəlxalq humanitar hüquq kontekstində”, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Beynəlxalq ümumi hüquq kafedrasının müdiri, professor Rüstəm Məmmədovun “Soyqırımı cinayətinin tanıdılması istiqamətində diaspor fəaliyyətinin təşkili və beynəlxalq hüquq”, Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universitetinin Dövlət və Hüquq İnstitutunun direktoru, Qazaxıstan Beynəlxalq Hüquq Assosiasiyasının Prezidenti, professor Aron Salimqereyin “Xocalı faciəsi - Azərbaycan xalqına qarşı beynəlxalq cinayətdir: siyasi və hüquqi aspektlər”, Türkiyənin Ankara Universitetinin Hüquq fakültəsinin müəllimi, professor Cavid Abdullazadənin “Xocalı soyqırımına görə Ermənistan dövlətinin beynəlxalq məsuliyyəti”, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru Məhəmməd Quluzadənin “Soyqırımı və məcburi köçkünlərin pozulmuş hüquqları” mövzusunda məruzələri dinlənilib.

Femida.az

Açar sözlər:

Oxunub: 658