Azərbaycanda 17 minə yaxın şəxs peyvənd olunub


12:30     28 Fevral 2021 2020/12/vaksin-koronavirus-1024x576_1609062987.jpg

Cari il fevralın 27-də Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 16 980 nəfər vaksinasiya olunub.

Bu barədə Femida.az-a Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir.

Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 273 198 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

Femida.az

Açar sözlər: #peyvənd   #vaksinasiya   #koronavirus  

Oxunub: 495