Bərdədə ağır yol qəzası: 2 ölü, 3 yaralı


22:05     28 Fevral 2021 qeza_yeni.jpg

Bərdə rayonunun Samux kəndi ərazisində ağır yol qəzası baş verib.


Femida.az xəbər verir ki, "VAZ -2106", "VAZ-2107" və "Haval" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər həlak olub, üç nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Məlumata görə, xəsarət alanlar bir ailənin üzvləridir. Qəzanın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 349