Masallıda keçmiş məhkum narkotiklə tutuldu


10:45     01 Mart 2021 2021/03/16145-1614580769_1614581198.jpg

Masallıda keçmiş məhkum külli miqdarda narkotiklə tutulub

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Təzə Alvadı kənd sakini, əvvəllər məhkum olunmuş Şain İbişov saxlanılıb.

Onun üzərinə keçirilən şəxsi axtarış zamanı 8 bükümdə çəkisi 4 qramdan artıq narkotik vasitə tiryək aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq Ş.İbişovun yaşadığı evə keçirilən baxış zamanı oradan 1 kiloqram 740 qram tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 434