Xızıda "TIR" traktorla toqquşub, ölən və xəsarət alanlar var


12:44     01 Mart 2021 publika.az1397292007qeza.jpg

Xızıda "TIR" traktorla toqquşub, ölən və xəsarət alanlar var.

Femida.az-ın məlumatına görə, hadisə Bakı-Quba yolunun Xızı rayonundan keçən hissəsində qeydə alınıb Belə ki, "TIR" yol kənarında dayanan traktora çırpılıb. Qəza nəticəsində hər iki nəqliyyat vasitəsi aşıb.

Hadisə zamanı traktorun sürücüsü, 1961-ci il təvəllüdlü Səfərov Həsənalı Səfər oğlu aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. "TIR"ın sürücüsü və sərnişini isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 453