Qobustanda dostunu öldürən şəxsə hökm oxunub


12:45     01 Mart 2021 hokm.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən 1985-ci il təvəllüdlü Rövşən Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, R. Məhərrəmov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il iyunun 22-də saat 07 radələrində Qobustan rayonu, Heydər Əliyev prospektində 1974-cü il təvəllüdlü Elman Cabbarovun üzərində bıçaq xəsarətləri olan meyitinin aşkar olunması barədə daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

İstintaqla hadisənin mərhumun dostu, Qobustan rayon sakini 1974-cü il təvəllüdlü Rövşən Məhərrəmov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Məhərrəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İstintaq orqanı tərəfindən Rövşən Məhərrəmovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Açar sözlər:

Oxunub: 499