İrəvanda etirazçılar hökumət binasına hücum etdilər


13:25     01 Mart 2021 2021/03/1590399222_0_58_3216_1866_1920x0_80_0_0_41efe68535d8b0e859c91f86afe2e7dd_527_1614591382.jpg

Ermənistanın baş naziri Nikol Paşinyanın əleyhdarları İrəvanda hökumət binasına soxulublar.

Femida.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Qeyd edilib ki, həmin binada bir neçə nazirliyin ofisi yerləşir.

Müxalifətçilər birinci mərtəbədə mitinq keçirərək hökumət işçilərini baş nazir Nikol Paşinyanın bu gün keçirəcəyi mitinqdə iştirak etməməyə çağırıb. Onlar Paşinyanın istefasını tələb edən şüarlar səsləndiriblər.

Açar sözlər:

Oxunub: 686