Üç ay əvvəl təyin edilən polis rəisi aşağı vəzifəyə göndərildi
12:21 02 Mart 2021

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Şöbəsinin (PŞ) rəisi, polis polkovniki Ülvi Məmmədov vəzifədən azad edilərək Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin rəisi təyin olunub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti “Report”a faktı təsdiqləyib.
Qeyd edək ki, Ü.Məmmədov 2020-ci ilin sonlarında Xəzər RPİ-nin 2-ci PŞ-nə rəis təyin edilmişdi. Onun hazırki postu daha aşağı vəzifədir.
Oxunub: 303
Oxşar xəbərlər
- Ucarda bıçaqlanma olub, ölən var
- Ucarda 6 məktəb koronavirusa görə bağlanıb
- Üç sahibkarlıq subyekti qeydiyyatına alınmadı
- Ucarda 5 avtomobil toqquşub - FOTO
- Üç ölkədən diri quş və quşçuluq məhsullarının idxalına qadağa qoyuldu
- Üç şəhidin ailə üzvləri üçün kiçik bizneslər yaradıldı
- Ucarda mikroavtobus yol kənarına aşıb, sərnişin ölüb
- Üç ölkədən quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyuldu
- Ucarda fərdi yaşayış evi yanıb - FOTO
- Üç nəfərə “Xalq artisti” fəxri adı verildi