COVID-19 peyvəndi olunmayanlar Həcc ziyarətinə gedə bilməyəcək


15:57     02 Mart 2021 21_03_02_1614685476.jpg


Müsəlman zəvvarlar bu il Həcc ziyarətində yalnız COVID-19 əleyhinə peyvənd olunduqdan sonra iştirak edə biləcəklər.

Bu barədə Səudiyyə Ərəbistanının səhiyyə naziri Tofiq ər-Rəbiyə bildirib.

“Həcc ziyarətinə qatılmaq üçün əsas şərt yeni növ koronavirusa qarşı aşılanmaqdır”, - o deyib.

Qeyd edək ki, bu il Həcc ziyarəti iyul ayının ikinci yarısına təsadüf edəcək.

Xatırladaq ki, keçən il pandemiya səbəbindən Həcc ziyarəti yalnız 10 min nəfərin iştirakı ilə reallaşmışdı. Bunlardan 30 %-i səudiyyəli, 70 %-i isə ölkədə yaşayan xaricilər idi. Xaricdən gələn zəvvarlar Həcc ziyarətinə buraxılmamışdı.

Ötən ilin noyabr ayından etibarən Səudiyyə Ərəbistanı yaşı 50-dən yuxarı olmayan zəvvarları mənfi PZR testi nəticəsi ilə tədricən ümrə ziyarətinə buraxmağa başlayıb. / Report

Açar sözlər: #Həcc  

Oxunub: 3890