Sarkisyan yenə Qasparyanla bağlı qərarı imzalamadı


16:04     02 Mart 2021 2021/03/onik--1614686306_1614686735.jpg

Ermənistan prezidenti Armen Sarkisyan baş nazir Nikol Paşinyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən kənarlaşdırılması ilə bağlı təqdimatını imzalamayıb.

Femida.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl Ermənistan prezidenti Armen Sarkisyan öz konstitusiya səlahiyyətləri çərçivəsində Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi haqqında qərarı Baş nazir Nikol Paşinyana geri qaytarıb. Baş nazir Sarkisyanın bu addımını pisləyərək, yenidən ona təqdimat göndərib.

Xatırladaq ki, fevralın 25-də Baş Qərargah Baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Buna cavab olaraq baş nazir Nikol Paşinyan çevriliş cəhdini bəyan edib və Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad olunması barədə qərar imzalayaraq, onu Prezidentə təqdim edib.

Femida.az

Açar sözlər: #Ermənistan   #Sarkisyan   #Qasparyan   #Paşinyan  

Oxunub: 524