Gürcüstanın XİN başçısı sabah Türkiyəyə səfər edəcək


19:00     02 Mart 2021 2021/03/0834bc14-508e-3f37-974b-168d529425b8_850_1614697295.jpg

Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə martın 3-də Türkiyəyə səfər edəcək.


Femida.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində Gürcüstanla ikitərəfli münasibətlərin daha da genişləndirilməsi imkanları müzakirə olunacaq, aktual regional mövzular haqqında fikir mübadiləsi aparılacaq.

Xatırladaq ki, fevralın 18-də Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfi görüşü nəzərdə tutulmuşdu, lakin həmin gün Gürcüstan hökumətinin istefasına görə iclas təxirə salınıb.

Açar sözlər:

Oxunub: 549