ARDNF bu il AÇG və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqladı
10:48 03 Mart 2021
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb.
Fonddan Femida.az-a verilən məlumata görə, 2021-ci ilin yanvar-fevral aylarında AÇG yatağından 574,543 milyon ABŞ dolları məbləğində gəlir əldə edilib.
O cümlədən hesabat dövründə "Şahdəniz” yatağı üzrə kondensatın satışından bu ilin yanvar-fevral aylarında əldə olunan gəlir 3,538 milyon ABŞ dolları təşkil edib.
Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.
Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Layihədə BP (operator – 28,8 %), AzSD (10 %), "SGC Upstream" (6,7 %), "Petronas" (15,5 %), "LUKoil" (10 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.
Femida.az
Oxunub: 433
Oxşar xəbərlər
- ARDNF 645 milyon dollar satdı
- ARDNF AÇG və “Şahdəniz” yataqları üzrə 3,8 milyard manat gəlir əldə edib
- ARDNF 9 ayda valyuta satışını 19,4 % artırıb
- ARDNF aktivlərini 2 milyard dollara yaxın artırıb
- ARDNF-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- ARDNF AÇG və "Şahdəniz"dən nə qədər gəlir götürüb? - AÇIQLANDI
- ARDNF-in aktivləri 2 milyard dollara yaxın azalıb
- ARDNF-in büdcəsi təsdiqləndi
- ARDNF dövlət büdcəsinə 7,5 milyard manat vəsait transfer edib
- ARDNF 146 milyard dollar gəlir əldə edib