Britaniya qəzeti Prezident İlham Əliyevin mətbuat konfransından yazdı


15:05     03 Mart 2021 2021/03/603e17304bf29_1614769598.jpg

Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı soyqırımının 29-cu ildönümündə - fevralın 26-da keçirdiyi böyük mətbuat konfransı dünya mətbuatının gündəmindən düşmür.

Femida.az xəbər verir ki, Böyük Britaniyanın “Independent Türkçe” onlayn qəzeti Azərbaycanın dövlət başçısının mətbuat konfransı haqqında məqalə dərc edib.

Müəllif Azərbaycan Prezidentinin bu qədər uzun müddətə mətbuat konfransı keçirməsindən, üstəlik, bir neçə dildə danışmasından heyrətə gəldiyini vurğulayıb.

Yazıda İlham Əliyevin 100-ə yaxın jurnalistin iştirak etdiyi, 24 televiziya kanalının canlı yayımladığı mətbuat konfransındakı suallara 4 fərqli dildə cavab verdiyi qeyd olunub: “Mətbuat konfransına su içmək üçün belə ara verməyən İlham Əliyev cavabları ingiliscə, rusca, Azərbaycan türkcəsi və Türkiyə türkcəsində verib. Dövlət başçısı fransızca da bilir”.

Məqalədə həmçinin Qlobal Jurnalistlər Şurasının sədri Mehmet Ali Dim və Böyük Britaniyanın paytaxtı Londonda jurnalistika fəaliyyəti ilə məşğul olan Aynur Tattersolun İlham Əliyevin mətbuat konfransına dair fikirlərinə də yer verilib.

Mehmet Ali Dim iclasla əlaqədar bunları söyləyib: “Bu qədər səbirli lider hələ görməmişəm. Bütün suallara səmimi cavab verdi. Azərbaycan xalqı çox bəxtəvərdir. Belə bilikli lider hər ölkəyə nəsib olmaz”.

Aynur Tattersol isə dünyada liderlərin ən çox bir saat mətbuat konfransı keçirməsinə diqqət çəkib: “25 illik jurnalistəm, dünyanın hər yerində mətbuat konfransında olmuşam. İlk dəfədir bir dünya liderinin bu qədər uzun müddət sualı soruşanın öz dilində cavablandırdığını gördüm. Bundan başqa, bütün nazirlərin ingiliscəni ana dili kimi bilməsi də dünyada rəğbət qazanıb”.

Femida.az

Açar sözlər:

Oxunub: 465