Sabirabadda 4 otaqlı ev yanıb


10:24     04 Mart 2021 yangin_38673636.jpg

Sabirabad rayonunun Zəngənə kəndində ümumi sahəsi 170 m² olan birmərtəbəli 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları və dam örtüyü 140 m² sahədə yanıb.

Femida.az FHN-in saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 358