Qırğız Respublikası prezidentinin feysbuk səhifəsi sındırılıb


11:00     04 Mart 2021 2021/03/60ab5ea2-c4a2-3297-b04b-16a7afd7fcda_850_1614841426.jpg

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun feysbuk səhifəsi sındırılıb.


Femida.az xəbər verir ki, bunu dövlət başçısının mətbuat xidmətinin rəhbəri Qalina Bayterek bildirib.

Onun sözlərinə görə, hakerlər səhifəni sındırdıqdan sonra müxtəlif mövzularda şərhlər yazıblar. Q.Bayterek əmin edib ki, səhifədə yerləşdirilən şərhlərə prezidentin heç bir aidiyyəti yoxdur: “Sadır Japarov ictimaiyyətin fikirinə hörmətlə yanaşır. Ona görə də o, belə bir şərhi yazmağı özünə heç vaxt rəva bilməz”.

Qeyd edək ki, bir müddət əvvəl Sadır Japarovun şəxsi sosial səhifəsində Qırğız Respublikası parlamentinin müxalif Sosial Demokrat Partiyasından olan deputatı Dastan Bekeşev barədə təhqiramiz şərh yazılıb.

Açar sözlər:

Oxunub: 377