DİN Qazaxdakı dava ilə bağlı açıqlama yaydı
11:43 04 Mart 2021
Mart ayının 3-də Qazax Ragon Polis Şöbəsinə (RPŞ) Ağstafa rayon Qırlı kənd sakinləri - Tərxan Abbasov, Arif Novruzov və Qazax rayon sakinlər Rəhim Əhmədli və atası Yasin Əhmədovun dava-dalaş nəticəsində müxtəlif dərəcəli xəsarət almaları barədə məlumat daxil olub.
Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirilib.
Qeyd edilib ki, RPŞ-nin əməkdaşları dərhal hadisə yerinə gələrək müəyyən araşdırmalar aparıb, xəsarət alanlar və hadisə şahidlərinin izahatı alınıb.
İlkin araşdırmalar nəticəsində dava-dalaşa səbəb Qazax rayon Ağköynək kəndində fəaliyyət göstərən “Saloğlu Fərdi Firmasında” mühafizəçi işləyən Rəhim Əhmədlinin avtostansiyada müştəri toplamaq üçün dayanan mikroavtobus və və taksi sürücülərindən qanunsuz pul yığılması tələbi nətcəsində yaranan mübahisə olub.
Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir, sosial şəbəkə və bəzi xəbər saytlarında sürücülərin digər iddiaları barədə aidiyyəti qurumlar tərəfindən araşdırılır
Oxunub: 501
Oxşar xəbərlər
- DİN Aşura mərasimləri ilə bağlı vətəndaşlara müraciət edib
- DİN: İçərişəhərdə törədilən vandalizm aktı barədə məlumat yayılıb
- DİN: "Şabrandakı yanğında polis və mülki əhali arasında xəsarət alan olmayıb"
- DİN-də polis mayoruna yüksək vəzifə verilib
- DİN Ağsu sakininin polis zorakılığına məruz qalması barədə iddialara münasibət bildirib
- DİN Vətən müharibəsi iştirakçısının qəzada ölməsi ilə bağlı məlumat yayıb
- DİN Goranboyda məktəbə narkotik alüdəçilərinin toplaşdığı iddialarına münasibət bildirib
- DİN-in Polis Akademiyasının professor-müəllim heyətinin maaşlarına əlavələr olacaq
- DİN Şəkidəki ağır yol qəzasının başvermə səbəbini açıqlayıb
- DİN Sabirabadda IX sinif şagirdinə toy edilməsinə münasibət bildirib