Şəhla Hümbətovanın vəkilliyinə xitam verildi


13:23     05 Mart 2021 2021/03/1574948038_1_1614936256.jpg


Vəkil Şəhla Hümbətovanın vəkilliyinə xitam verilib.


Femida.az xəbər verir ki, bu barədə “Report”a onun vəkili Elçin Sadıqov bildirilib.

O deyib ki, Bakı İnzibati Məhkəməsi Vəkillər Kollegiyasının (VK) Şəhla Hümbətovanın vəkilliyinə xitam verilməsi ilə bağlı iddiasına baxıb.

Məhkəmə Kollegiyanın iddiasını təmin edib.

E.Sadıqovun sözlərinə görə, VK məhkəməyə müraciətində bildirib ki, Ş.Hümbətova 6 aydan çox üzvlük haqqını ödəməyib:

“Buna görə də Şəhla Hümbətovanın Kollegiyadakı fəaliyyətinin dayandırılması üçün məhkəməyə müraciət edilib. Əslində isə üzvlük haqqının ödənilməməsi ilə bağlı müvəkkilimə məlumat verilməyib. Vəkillər Kollegiyasının çıxardığı qərardan 2 gün sonra isə Şəhla Hümbətova üzvlük haqqını tam ödəyib”.

E.Sadıqov qeyd edib ki, Bakı İnzibati Məhkəməsinin çıxardığı qərardan apellyasiya şikayəti veriləcək.

Açar sözlər: #vəkil   #məhkəmə  

Oxunub: 4169