Bir sənədin notarial təsdiqinin qiyməti səhifəsindən asılı olmayaraq 3 manatdır


18:13     05 Mart 2021 notariat5.jpg


“Dövlət rüsumu haqqında” qanuna edilən son dəyişikliyə görə, bir sənədin notariat təsdiqinin qiyməti 3 manatdır”.

Femida.az xəbər verir ki, bunu Azərbaycan Notariat Palatası İdarə Heyətinin sədri Hüseyn Məmmədov Ədliyyə Nazirliyinin feysbuk səhifəsində yayımlanan onlayn brifinqdə deyib.

O bildirib ki, dəyişiklikdən əvvəl sənədlərin surətinin təsdiqi üçün hər bir səhifə üçün 2 manat rüsum, 2 manat xidmət haqqı və hər səhifə üçün 1 manat əlavə ödəmə edilirdi:

“Sadə qaydada desək, 1 səhifəlik sənədin təsdiqi üçün 5 manat pul ödənilməliydi. Hazırda isə bu notariat hərəkəti üçün 1.5 manat rüsum, 1.5 manat isə xidmət haqqı nəzərdə tutulub. Yəni hazırda bir sənədin təsdiqi üçün nəzərdə tutulan ümumi məbləğ cəmi 3 manatdır”.

Femida.az

Açar sözlər: #notarius   #ədliyyə   #sənəd  

Oxunub: 1361