Qusar sakinlərindən qanunsuz silah götürülüb


09:55     06 Mart 2021 21_03_06_1615010750.jpg

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədi ilə uğurlu əməliyyat-axtarış davam etdirilir.


DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Femida.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Köhnə Xudat qazmalar kənd sakini X.Əlimovdan və Hil kənd sakini E.Şirinəliyevdən müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edilərək götürülüb.

Faktlarla bağlı Qusar RPŞ-də araşdırmalar aparılır.

Femida.az


Açar sözlər:

Oxunub: 519