Direktor vəzifəsinə işə qəbul üzrə imtahan texniki nasazlıqla əlaqədar təxirə salınıb
09:11 07 Mart 2021
6 mart saat 16:00 tarixində keçirilən direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test mərhələsində yaranmış texniki nasazlıqla əlaqədar imtahan dayandırılıb və növbəti tarixə təxirə salınıb.
Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, qeyd olunan tarixdə imtahanda iştirak etmiş hər bir iştirakçı təkrar imtahana cəlb olunacaq və onlara yeni sual variantı təqdim ediləcək.
"Eyni zamanda bildiririk ki, texniki profilaktik işlərin görülməsi ilə əlaqədar 7 mart 2021-ci il tarixində keçirilməsi planlaşdırılan direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahan mərhələsi təxirə salınıb.
Müvafiq məlumatlar vətəndaşların şəxsi kabinetinə və telefon nömrələrinə göndərilib.
İmtahanın keçirilmə vaxtı və yeri barədə yenilənmiş məlumatlar texniki profilaktik işlər yekunlaşdıqdan sonra elan olunacaq", - deyə məlumatda qeyd edilib.
Oxunub: 417
Oxşar xəbərlər
- Direktor müavinlərinin müsahibə mərhələsi yekunlaşıb
- Direktor vəzifəsinə işə qəbul üzrə müsahibələr mərhələli keçiriləcək
- Direktorların işə qəbulu imtahanlarının nəticələrinin təhlili açıqlanıb
- Direktor olmaq istəyənlərin imtahan nəticələri açıqlandı
- Direktorların işə qəbulu üzrə test imtahanları başlayır
- Direktordan hicab qalmaqalına münasibət: Heç bir şiddət olmayıb
- Direktor olmaq istəyənlərin nəzərinə!
- Direktoru olmaq üçün 13 mindən çox namizəd müraciət edib
- Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edilib
- Direktor müəllimlərin adına dərs yazaraq 12 min manat mənimsəyib - Prokurorluq işi məhkəməyə göndərdi