Bakıda güclü külək orta məktəbin dam örtüyünü uçurub


11:34     07 Mart 2021 2021/03/mekteb_baki_070321_copy_1615102672.jpg

Paytaxtda müşahidə olunan güclü külək 278 nömrəli tam orta məktəbin bir korpusunun dam örtüyünü uçurub.

Bu barədə Femida.az-a Təhsil Nazirliyindən bildirilib.
Qeyd edilir ki, hadisə ilə əlaqədar mütəxəsislər məktəbdə olub, ilkin təhlükəsizlik tədbirləri görülüb. Araşdırmalardan sonra müvafiq rəy veriləcək.

İlkin təhlükəsizlik tədbirlərinin təmin olunması ilə yanaşı, hava şəraiti imkan verən kimi dam örtüyünün bərpa işlərinə başlanacaq.

Açar sözlər:

Oxunub: 284