Vətən müharibəsi şəhidinin nəşi Sabirabada gətirilib


13:43     08 Mart 2021 21_03_08_1615195770.jpg

Vətən müharibəsi zamanı yaralanaraq 5 ay komada qalan şəhid əsgərin nəşi dəfn edilmək üçün Sabirabad rayonuna gətirilib.

"Report"un Muğan bürosu xəbər verir ki, əsgər Balakişiyev Zamin Dadaş oğlu dünən müalicə olunduğu hospitalda vəfat edib.

Şəhid əsgər vida mərasimindən sonra doğulduğu rayonun Qaralar kəndində dəfn ediləcək.

Şəhidimiz nişanlı idi.

Qeyd edək ki, Zamin Balakişiyev 2001-ci ildə Sabirabad rayonunun Qaralar kəndində anadan olub.

Ali Baş Komandanın sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

Açar sözlər:

Oxunub: 352