İspaniyada Konstitusiya məhkəməsi 8 Mart aksiyasına icazə verməyib


16:55     08 Mart 2021 21_03_08_1615204945.jpg

İspaniyanın Konstitusiya Məhkəməsi martın 8-də Madriddə aksiyanın keçirilməsinə icazə verməyib.

Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məhkəmədən bildirilib.

Məlumata görə, COVID-19 pandemiyası ilə bağlı Beynəlxalq Qadınlar Günü münasibəti ilə bütün kütləvi tədbirlər və mitinqlərin keçirilməsi qadağan olunub. Aksiya təşkilatçıları məhkəmənin qərar ilə bağlı Madriddəki Ali Məhkəmənin qərarını qəbul etməyiblər.

İspaniyadakı Fəhlələr Komissiyası və Zəhmətkeşlərin ümumi ittifaqı adlı iki böyük həmkarlar təşkilatları Ali Məhkəmənin qərarından Konstitusiya Məhkəməsinə müraciət etmişdi.

Açar sözlər:

Oxunub: 409